Milli Qəhrəman Polad Həşimovu sonuncu görən hərbçimiz - FOTO

ÖLKƏ
09:23 / 23.12.2020
1388

O, sentyabrın 27-dən başlayaraq müharibənin ilk günündən Murovda topda hesablayıcı kimi xidmət edib. Döyüşlərin şiddətli vaxtında şəhid olacağı təqdirdə cibində gəzdirdiyi bayrağı böyük oğlu Mətinə, saatını isə kiçik oğlu Məftuna çatdırmağı döyüş yoldaşlarından xahiş edib. Vətən müharibəsində şiddətli döyüşlər zamanı yaralanan hərbçi yoldaşını xilas edərək onun yarasına ilkin tibbi yardım göstərənlərdən olub.

Söhbət rəşadətli Azərbaycan Ordusunun hərbi qulluqçusu Qasımov Afiq Vaqif oğlundan gedir.

A.Qasımov 14 fevral 1988-ci ildə Tovuz rayonunun Dondarquşçu kəndində anadan olub. O, 2006-2007-ci illərdə Naxçıvan Muxtar Respublikasında həqiqi hərbi xidmət keçib.

Hələ uşaqlıqdan hərbçi olmaq arzusunda olan Afiqin bu istəyi sonradan reallaşıb və Vətənin işğal altındakı torpaqlarının azadlığı uğrunda döyüşənlərdən biri kimi adını tarixin şanlı səhifəsinə həkk edib.

A.Qasımov xidmətini 2014-cü ildən manqa komandiri kimi davam etdirməyə başlayıb və 2015-ci ildə kiçik çavuş, növbəti ildə isə çavuş rütbəsini alıb.

O, Aprel döyüşləri vaxtı qəhrəmancasına xidmət edənlərdən olub. 28 fevral 2020-ci ildən Divizion İdarəetmə tağımının hesablayıcı manqa komandiri/baş operator vəzifəsini icra edir. 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində də topda əsas hesablayıcılardan biri olub. Şəhid generalımız, Milli Qəhrəman Polad Həşimovu sonuncu görən hərbçilərimizdəndir (report).

0