Nazirdən şad xəbər - Gələn il pensiyalar artırılacaq

ÖLKƏ
13:30 / 23.12.2020
2522

“Növbəti ildə yaşa görə pensiyanın məbləği 370 manat olacaq. Əlilliyə görə pensiyanın məbləği isə 337 manata çatdırılacaq”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında gələn ilin dövlət və icmal büdcələrinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Sahil Babayev Azərbaycanda 27 növ xidmətin elektron qaydada fəaliyyət göstərdliyini də diqqətə çatdırıb.

0