Ermənistan paytaxtı İrəvandakı etirazlarda polislə vətəndaşlar arasında qarşıdurma yaranıb.
HİT.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, hökumət binasının önündəki kütləvi etirazlar iğtişaşa çevrilib. Polisin etirazçılara qarşı xüsusi amansızlıqla davrandığı deyilir. Zorakılıq halları qeydə alınıb. Genişmiqyaslı həbslərin başlandığı bildirilir.