Mənim oğlum öz böyük ürəyinə bu boyda vətəni sığdırdı - VİDEO

ÖLKƏ
13:26 / 24.12.2020
788

19 illik ömründə özündən sonra ad qoyub getmək hər oğula nəsib olmur. 

HİT.Az xəbər verir ki, Şəmkirin Sabirkənd kəndindən Naxçıvana hərbi xidmətə yollanan Məhəmməd Əliyev isə ailəsinə şərəfli ad miras qoyub.

Xüsusi təyinatlı bölmədə 1 il dörd ay xidmət göstərib. Belə ki,  Müharibə başlayanda könüllü olaraq Naxçıvandan Fizuliyə gedən dəstəyə yazılır. Və bundan  ancaq atasına xəbəri olur. 

Anasının sözlərinə görə, Məhəmməd öz böyük ürəyinə bu boyda vətəni sığdırdı, elə onun uğrunda da canından keçdi. Məhəmməd Əliyev sonuncu dəfə bibisi oğlu Əliylə danışır. Əli deyir ki, mən onun səsindən hər şeyi başa düşdüm. Bu, onun axırıncı zəngiydi.  Məhəmməd döyüşdə yaralanarkən, onu döyüş bölgəsindən çıxaran çavuş Yadigar Əliyev də vurulur, şəhid olur. İndi əsgər Məhəmmədin ailəsində çavuş Yadigarın da xatirəsi əziz tutulur.

Allah rəhmət eləsin!

0