Ermənistan Qarabağda ölən əsgərlərinin daha 45-nin ad-soyadını açıqlayıb.
Axar.az xəbər verir ki, bununla da Ermənistan Qarabağda ölən əsgərlərinin 1870-nin ad-soyadını ictimailəşdirmiş olub.
Qeyd edək ki, yalnız 14 noyabrdan üzü bəri döyüş meydanlarından 1073 erməni əsgərinin meyiti toplanıb.
Müharibədə Ermənistan ordusunun şəxsi heyətinin 40 faizini itirdiyi etiraf edilib.