Şuşada təşkil edilən ilk konsert - VİDEO

ÖLKƏ
23:36 / 25.12.2020
853

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzi tərəfindən işğaldan azad olunmuş Şuşada əsgərlər üçün təşkil edilən ilk konsert proqramı haqda İctimai televiziyada 22:35 radələrində proqram efirə gedəcək.

HİT.Az xəbər verir ki, dekabrın 22-də Şuşa şəhərində Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati binasının açılışı baş tutdu. Rəsmi açılış mərasimində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev iştirak edib.
 
Qeyd edək ki, konsertdə xalq artisti Tünzalə Ağayeva, Ənvər Sadıxov və əməkdar artist Abbas Bağırov, xanəndə Almaz Orucova, müğənnilər Azad Şabanov və Cavid çıxış ediblər.

0