Bu ildən növbəti ilə qalan suallar...

ÖLKƏ
11:08 / 29.12.2020
1119

Hüseynbala Səlimov

Suallar heç bir vaxt tükənmir, tamam yox olmur. Bu, dəqiq, təbiət elmlərilə bağlı həll variantlarına da aiddir, sosial - siyasi proseslərə də...

Bir il bundan əvvəl heç ağlımıza da gəlməzdi ki, Dağlıq Qarabağ problemilə bağlı ən böyük qələbəliyi ağır pandemiya ilində qazanacaq və qeyd edəcəyik, amma belə oldu.

Qələbə hamılıqla bizi hələ də öz çevrəsində saxlamaqdadır. Amma insanlar suallar da verirlər, sanki qələbənin davamsız ola biləcəyindən ehtiyat edirlər.

Qərəz, nə soruşurlar insanlarımız? Ən böyük narahatlıq rus qoşunları, daha doğrusu, sülhməramlıları ilə bağlıdır. Bəziləri ərz edir ki, əgər məsələ sülhməramlıların bura gəlişinə dirənmişdisə, niyə vaxt itirir və buna bir neçə il bundan əvvəl razılıq vermirdik?

Cavabı budur ki, onda bizim hərbi-coğrafi mövqelərimiz zəifdi, indiki kimi güclü ordumuz yox idi, diplomatik dəstəyimiz qənaətbəxş deyildi.

Heç bir halda düşünmək lazım deyil ki, guya biz sülhməramlıların gəlişinə razı olduq və ruslar da buna görə rayonlarımızı qaytardılar. Yox, qətiyyən belə deyil. Rayonlarımızı ruslar qaytarmadı, sadəcə, onlar bizə öz işğal olunmuş rayonlarımızı qaytarmağa mane olmadılar, qismən də olsa, neytral qaldılar. Rayonlarımızı isə biz özümüz azad etdik və gəlin burada bir suala cavab verək: Bir neçə il bundan əvvəl bu mümkün idimi və bizim bir neçə il bundan əvvəl belə hərbi texnikamız və ya mükəmməl hərbi taktikamız var idimi? Məsələ də bundadır ki, yox idi...

Rusiyalı müəlliflər hələ də bizim İkinci Dağlıq Qarabağ Savaşıını müzakirə edir. Onları buna sövq edən çox məqamlar var. Amma onların arasında bir detal da var və o, da budur ki, ruslar pərtdir və pərtliklərini gizlədə bilmirlər, çünki bizim texnika və hərbi taktikamız onlarınkından daha müasir və üstün çıxdı.

Aydın bir məsələdir ki, ermənilər rus hərbi texnikası ilə vuruşur, rus hərb elmindən bildiklərini və öyrəndiklərini tətbiq edirdilər. Nəticəsi nə oldu? Tamam fiasko!..

İnsanlarımızın bir narahatlığı də münaqişənin təkrarlana bilməsi ehtimalıdır. Bəli, zahirən çox şey ötən əsrin səksəninci illərini xatırladır.

Biz də hələ o illəri unutmamışıq və hər şeyi yaxşı xatırlayırıq. Düz otuz üç il bundan əvvəl M.Qorbaşovun iqtisadi məsələlər üzrə məsləhətçisi akademik A.Aqanbekyan Fransa mediasına müsahibə verib demişdi ki, Dağlıq Qarabağ Ermənistana veriələcək...

Bəli, o vaxt xüsusi idarəetmə sistemi tətbiq olundu, ermənilərin nökəri, Arkadiy Volski adlı birisi ora başçı təyin olundu, necə deyər, başlandı...

İndi də ruslar erməniləri tərk etdikləri Dağlıq Qarabağ şəhər və rayonlarına qaytarmaq üçün əldən-ayaqdan gedirlər. Amma əbəsdir! Ona görə ki, indi ötən əsr və onun səksəninci illəri deyil. Biz çox ciddi mövqe üstünlüyünə malikik -həm siyasi-diplomatik və həm də sırf hərbi mənada.

O vaxt nə əməlli -başlı ordumuz vardı, nə də dövlətimiz - bizim üçün hər şey təzə başlayırdı. Artıq belə deyil. Azərbaycan yüz iyirmi dövlətin təmsil olunduğu bloka başçılıq edən ölkədir. Nəinki güclü ordusu, hətta öz hərbi sənayesi də var...

Əlbəttə, sayıqlığımızı itirməməliyik. Biz də razıyıq ki, nə qədər ki, Dağlıq Qarabağda erməni yaşayır, separatizm üçün həmişə zəmin olacaq və daim bunlar nəsə etməyə çalışacaqlar, çünki başqa cür bacarmırlar, çünki bu, xəstə bir etnosdur. Amma illərin müşahidəsi göstərir ki, bu sərsəm millət nə edirsə, axırda öz başında çatlayır. Bu dəfə də belə oldu və ağılları başlarına gəlməsə, gələcəkdə də belə olacaqdır...

Bizdən tələb olunan isə budur ki, keçmiş səhvlərimizi təkrarlamayaq, çünki keçmişini unudanlar onu təkrar, özü də daha acı yaşamalı olurlar...

0