Vətən, torpaq həsrəti təkcə insanları deyil, onların nəfəsinə həsrət qalmış təbiəti də göynədir.
Təbiət də doğmalarını axtarır, doğma bir səs soraqlayır. Artıq bu nisgil də, həsrət də sona yetib. Vətən torpağı daha düşmən tapdağı altında inildəmir.
O dəhşətli günlərin xatirəsini daşıyan başı qarlı dağlarımız artıq vüqarla boylanır, çaylarımız acı xatirəlini təzələyərək axır. Gözəllikdə tayı-bərabəri olmayan Həkəri çayı kimi...