Ermənistan hərbi birləşmələrinin əsirliyində olan Azərbaycan silahlı qüvvələrinin hərbi qulluqçusu Yəhya Abdinov qısa müddətli reabilitasiyadan sonra ailəsinə qovuşub.
Hit.Az Xəzər tv-yə istinadla xəbər verir ki, Yəhyanın ailəsinə qovuşması böyük sevinclə qarşılanıb.
Yəhya Abidinov vətən müharibəsinə könüllü olaraq yollanaraq sentyabr ayının 30-da Füzuli istiqamətində gedən döyülərə qoşulub. Vətən müharibəsində iştirak edən Yəhya Abidinov noyabr ayının 9-da Xocavənd istiqamətində ayağından yaralanaraq əsir düşür.
Ailəsi ən son noyabr ayının 2-də Yəhya ilə əlaqə saxlaya bilib. Yəhyanın valideynləri sonradan onun əsir düşdüyü məlumatını alıblar. Yəhya düz 34 gün düşmən əsiriliyində qalıb.
Xəzər TV-nin ailədən hazırladığı reportajı təqdim edirik: