1050 avtomobil postlardan geri qaytarılıb - VİDEO

ÖLKƏ
14:13 / 02.01.2021
480

Müvafiq icazə almadan postlardan keçməyə cəhd göstərən 1050 nəqliyyat vasitəsi geri qaytarılıb.

Daxili İşlər Nazirliyindən Hit.Az-a verilən məlumata görə, belə ki,2021-ci il yanvarın 1-də Bakı-Quba yolunda 170, Bakı-Şamaxı yolunda 230, Bakı-Qazax yolunda 650 olmaqla, ümumilikdə 1050 nəqliyyat vasitəsi müəyyən olunub.

Onlardan 530-u Bakı istiqamətinə, 520 nəqliyyat vasitəsi isə regionlara geri qaytarılıb.

Qeyd olunan müddətdə müvafiq istiqamətlər üzrə karantin rejimi qaydalarını pozan 20 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

 

0