Xaricdən məhsul sifariş edənlərin nəzərinə! - VİDEO

ÖLKƏ
09:42 / 04.01.2021
1415

Artıq xaricdən məhsul sifariş edən hər kəs bunu Dövlət Gömrük Komitəsinin "smart customs" tətbiqində bəyan etməlidir. Komitədən bildirilib ki, bu il yanvarın 1-dən etibarən təkmilləşdirilmiş "sadələşdirilmiş bəyannamə - elektron ticarət" layihəsinin tətbiqinə başlanılıb. İstifadəsinə gəldikdə isə, vətəndaşlar asan imza və ya mobil nömrələri ilə şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil etməlidirlər.

İqtisadçı-ekspert Rəşad Həsənov deyib ki, yeni tətbiqin istifadəyə verilməsi vətəndaşların məhsullarını daha çevik şəkildə bəyan etməsinə səbəb olacaq. Ancaq mütəxəssisin sözlərinə görə, məhsul kateqoriyasının seçilməsində bir az da sadələşmə olsa, vətəndaş üçün proses daha asanlaşar.

Deməli, tətbiq nə qədər funksional olsa da, bəzi texniki məqamlar çətinlik yarada bilər. Vətəndaşlar əlavə rüsum tələb edilməyən həcmdən artıq məhsul gətirərsə, bu zaman bəyannamələrin doldurulmasında diqqətli olmalıdırlar. Çünki bəzi əməliyyatların geriyə dönüşü yoxdur.

Qeyd edək ki, fiziki şəxslər aylıq 300 dollar ekvivalentindən yuxarı məhsul sifarişi etsələr, onda əlavə olaraq gömrük rüsumu və vergi ödəyəcəklər. Buna görə alınan məhsulların ümumi qiymətinə diqqət etmək lazımdır ki, sonradan əlavə ödəniş etmək məcburiyyəti yaranmasın.

 


1
Xezerxeber.az