İlham Əliyev onu nazir təyin etdi - SƏRƏNCAM

ÖLKƏ
15:11 / 05.01.2021
3067

Prezident İlham Əliyev Anar Kərimovun Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

HİT.Az-ın  məlumatına görə, sərəncamda qeyd edilir ki, “Azərbaycan Respublikası Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətinin verilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 20 iyul tarixli 2163 nömrəli Sərəncamı ləğv edilsin.

Dövlət başçısının digər sərəncamı ilə Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikasının Mədəniyyət naziri təyin edilib.

 

1