Suqovuşanda 4 erməni hərbçinin cəsədi TAPILDI

ÖLKƏ
13:27 / 06.01.2021
780

Azərbaycanın işğaldan azad etdiyi torpaqlarda erməni hərbçilərin cəsədlərinin axtarışı davam edir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ötən gün axtarış qrupları Tərtərin Suqovuşan kəndində 4 hərbçinin cəsədini tapıb.

Beləliklə, axtarışlar zamanı tapılan erməni cəsədlərinin sayı 1188-ə çatıb.

Axtarış qrupları Talış-Suqovuşan və Füzuli-Hadrut istiqamətində fəaliyyətini davam etdirir.

0