Təhsil Nazirliyinin loqosu ilə saxta məlumatlar paylaşılır

ÖLKƏ
15:47 / 06.01.2021
699

Son günlərdə Təhsil Nazirliyinin loqosundan istifadə edərək müxtəlif məzmunlu saxta məlumatların paylaşılması hallarına rast gəlinir. Bu isə ictimaiyyəti aldatmaq və mövcud qanunvericiliyin tələblərini pozmaqdır.

Bu barədə APA-ya Təhsil Nazirliyindən bildirilib.

Nazirlik xəbərdarlıq edib ki, nazirliyin loqosunun bu cür hallarda istifadəsi davam etdiyi təqdirdə müvafiq araşdırma aparılacaq və bu işi həyata keçirən şəxslər barədə hüquqi çərçivədə tədbirlər görüləcək.

0