Koronavirusa görə tibb işçilərinin maaşlarına əlavənin müddəti uzadıldı

ÖLKƏ
18:17 / 08.01.2021
620

Koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti 2021-ci il martın 31-dək uzadılıb.

HİT.Az-ın xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin "COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə" qərarda etdiyi dəyişiklikdə deyilir. 

Qeyd edək ki, bundan əvvəl bu müddət 2021-ci il yanvarın 1-dək olan dövrü əhatə edib.

0