Dünyaya gələn körpəyə Qarabağda şəhid olan atasının adı verilib - FOTO

ÖLKƏ
19:22 / 08.01.2021
947

Vətən müharibəsində şəhidi Ruslan Qurbanovun oğlan övladı dünyaya gəlib.

"Report"un Muğan bürosu xəbər verir ki, Bakıda xəstəxanaların birində dünyaya gələn körpəyə şəhid olan atasının adı verilib.

Körpə bu gün xəstəxanadan evə buraxılıb və şəhidin ailə üzvləri yeni doğulan uşaqla birlikdə yaşadıqları Biləsuvar rayonunun Ağalıkənd kəndinə yola salınıb.

Rayon ictimaiyyətinin nümayəndələri tərəfindən onların təntənəli qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, körpə Ruslan Qurbanov şəhid Ruslan Qurbanovun ilk övladıdır.

Xatırladaq ki, Daxili Qoşunların baş çavuşu Ruslan Üzeyir oğlu Qurbanov sentyabrın 27-dən başlayaraq Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

0