MN-dən Türkiyə hərbi aviasiya bazalarının Azərbaycanda qurulacağı xəbərinə təkzib - RƏSMİ

ÖLKƏ
19:37 / 08.01.2021
981

Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bir sıra xarici media orqanlarında Azərbaycanın 3 şəhərində Türkiyənin aviasiya hərbi bazalarının qurulacağı barədə yayılan xəbərlərə aydınlıq gətirib.

V.Dərgahlı HİT.Az-a bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsi siyasətindən kənardır.

Nəzərə almaq lazımdır ki, Azərbaycanda Qoşulmama Hərəkatının üzvüdür və 2019-2022-ci illərdə bu hərəkatın sədridir".

1