"Baku TV" intihar edən əsgər Yunis Mənsurov haqqında yeni məlumatlar əldə edib. Bildirilir ki, 44 günlük Vətən müharibəsindən sağ-salamat qayıdan Y.Mənsurov Sulutəpədə yerləşən Çiçək qəsəbəsinin sakini olub. Əslən Xızıdan olan 24 yaşlı əsgər dekabrın 30-da ordu sıralarından tərxis olunub.
İki gün öncə intihar edən əsgər psixoloji problemlərdən əziyyət çəkib və gəldiyi gündən ancaq müharibədə baş verənləri sayıqlayıb.
****** 18:39
“Hərbi vəzifəli əsgər Yunis Mənsurovun intihar etməsi ilə bağlı məlumatı təsdiq edirik”.
Bu barədə HİT.Az-a Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunur ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.