Tərxis olunanlarla bağlı komissiya fəaliyyətə başladı - FOTO

ÖLKƏ
16:50 / 11.01.2021
690

Müdafiə nazirinin müvafiq əmrinə əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə yaradılan komissiya yanvarın 11-dən fəaliyyətə başlayıb.

HİT.Az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb. 

Komissiya vətəndaşlar tərəfindən daxil olan müraciətlərin obyektiv və vaxtında araşdırması, həmçinin  həll olunması istiqamətində zəruri tədbirlər görəcək.

0