Azərbaycanda koronavirusa 176 yeni yoluxma qeydə alınıb, 17 nəfər ölüb

ÖLKƏ
18:22 / 11.01.2021
721

Azərbaycanda son sutka ərzində koronavirus infeksiyasına 176 yeni yoluxma faktı qeydə alınıb, 841 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

HİT.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 224 827 nəfər koronavirusa yoluxub. Onlardan 209 522 nəfər müalicə olunaraq sağalıb, 2 926 - vəfat edib, aktiv xəstə sayı 12 379 nəfərdir.

Ölkədə son sutka ərzində 4 086, hazırkı dövrədək isə 2 272 009 test aparılıb.

0