Ceyhun Bayramov Pakistana getdi

ÖLKƏ
10:06 / 13.01.2021
670

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfərə gedib.

HİT.Az-ın xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva "Twitter"də bildirib. 

"Səfər çərçivəsində Azərbaycan - Pakistan - Türkiyə  XİN başçılarının ikinci üçtərəfli görüşü və həmçinin Pakistan rəsmiləri ilə ikitərəfli görüşlər keçiriləcək" - Leyla Abdullayeva qeyd edib.

0