Paşinyan Zəngəzurla bağlı xüsusi İCLAS KEÇİRDİ

ÖLKƏ
16:43 / 13.01.2021
5538

Ermənistan baş naziri Nikol Paşinyan Zəngəzur bölgəsi ilə bağlı iclas keçirib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, iclasda əsas məqsəd bölgənin təhlükəsizliyinin təmin edilməsi üçün müzakirə aparmaq olub.

Qarabağla Zəngəzur arasında yeni sərhədin yaranması, əhəmiyyətli strateji yükskliklərin Azərbaycanın nəzarətinə keçməsi rəsmi Yerevanda narahatlıq yaradıb.

İclasda hökumət üzvləri ilə yanaşı, hərbi rəhbərlik və Zəngəzur bölgəsi üzrə səlahiyyətli şəxslər də iştirak edib.

1