Mərkəzi Qan Bankından vətəndaşlara müraciət: Ehtiyatlar tamamilə azalıb

ÖLKƏ
12:03 / 14.01.2021
764

Hazırda 0 (l) Rh - (mənfi 1), A (ll) Rh - (mənfi 2) və AB (lV) Rh - (mənfi 4) qan qruplarından olan qan ehtiyatları tamamilə azalıb.

Bu barədə HİT.Az-a Mərkəzi Qan Bankından məlumat verilib. 

Qurum qan ehtiyacı olan vətəndaşları davamlı qanla təmin etmək üçün əhaliyə müraciət edib:

“Könüllü qan donoru ol və həyat qurtaran dostlarımız arasına qatıl”.

Qan vermək istəyənlər aşağıdakı ünvana müraciət edə bilər:

Mərkəzi Qan Bankı, Feyzulla Qasımzadə küçəsi 65

Telefonlar: 907

+99412 440 65 86

+99412 440 78 50

+99412 441 66 52

0