Yaxın bir neçə ay ərzində Tükiyənin iri şəhərlərinin su ehtiyatı tükənə, İstanbul isə 45 gün içində tamamilə susuz qala bilər.
HİT.Az-ın xəbərinə görə, bu barədə “The Guardian” məlumat yayıb.
Yağışların çox gec-gec yağması 17 milyonluq meqapolisi son onilliklərin ən güclü quraqlığı ilə üz-üzə qoyub.
Paytaxt Ankaranın meri Mənsur Yavaş hələ yanvar ayının əvvəllərində həyəcan təbili çalaraq deyib ki, şəhərin 110 günlük su ehtiyatı qalıb. Türkiyənin digər iki böyük şəhərləri olan İzmir və Bursada da analoji problemlər mövcuddur.
Konya və Ədirnədə taxıl əkən fermerlər isə məhsulun zay olduğunu açıqlayıblar.