"Korona"ya yoluxanların sayı bu gün də azaldı - STATİSTİKA

ÖLKƏ
19:17 / 14.01.2021
1063

Azərbaycanda bu gün koronavirus infeksiyasına 380 yeni yoluxma faktı qeydə alınıb, 1159 nəfər virusdan sağalıb və evə buraxılıb.

HİT.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 14 nəfər “COVID-19”dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 226 200 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 213 279 nəfər müalicə olunaraq sağalıb, 2 971 nəfər vəfat edib, aktiv xəstə sayı 9 950 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 653, ötən müddət ərzində isə ümumilikdə 2 295 612 test aparılıb

0