Bakı şəhəri "Instagram" sosial şəbəkəsində paylaşmaq üçün dünyanın 50 ən cəlbedici şəhərləri sırasında yer alıb.
HİT.az xəbər verir ki, siyahını "The Big 7 Travel" agentliyi tərtib edib.
Agentlik bildirib ki, Azərbaycanın paytaxtında şəklini çəkib "Instagram"da paylaşmaq üçün uyğun olan yerlərin sayı həddən artıq çoxdur:
"Ultramüasir Heydər Əliyev Mərkəzindən tutmuş, XII əsrə mənsub İçərişəhərədək "İnstagram" hesabınızda yerləşdirə biləcəyiniz məkanlarla zəngindir Bakı".
Qeyd edək ki, siyahıda birinci yerdə Yaponiyanın paytaxtı Tokio qərarlaşıb.