Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi zamanı əraziləri tərk edən ermənilərin daha bir cinayəti üzə çıxıb.
HİT.Az xəbər verir ki, bu günə qədər evləri yandırmaq və meşələrdə ağacları kəsməklə gündəmə gələn qəddar ermənilər həm də Kəlbəcər rayonunda ev heyvanlarına atəş açaraq öldürüblər.
Mənfur ermənilər işğal etdikləri əraziləri tərk etmək məcburiyyətində qalarkən heyvanlara belə rəhm etməməklə nə qədər vandal olduqlarını nümayiş etdiriblər. Sosial şəbəkədə yayılan görüntülərdən məlum olur ki, mal-qaralar ermənilər tərəfindən vəhşicəsinə öldürülüb.
Qeyd edək ki, Kəlbəcər rayonu noyabrın 15-də Azərbaycana qaytarılmalı idi, lakin Ermənistan tərəfinin müraciəti əsasında Rusiya dövlətinin xahişi ilə sonradan Ermənistana Kəlbəcəri təhvil vermək üçün 10 gün əlavə möhlət verilib. Noyabrın 25-də isə rayon işğaldan azad olunub.
Məhz Azərbaycan tərəfinin humanistliyindən istifadə edən ermənilər bu müddət ərzində də rayon ərazisində müxtəlif cinayətlər törədiblər. Evlərin yandırılması, meşələrdə ağacların qırılması və heyvanların öldürülməsi bunun bariz nümunəsidir.
10 günük müddət ərzində ermənilərin Kəlbəcərdə məskunlaşdığı bir çox evlər də məhz özləri tərəfindən yağmalanıb. Bunu təsdiq edəcək görüntülər sosial şəbəkədə öz əksini tapıb.