Vilayət Eyvazovdan yeni TƏYİNAT

21:07 / 15.01.2021
1257

Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və təhqiqat idarəsinə yeni rəis təyin olunub.

HİT.Az-a daxil olan məlumata görə, müvafiq əmri daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən sözügedən vəzifəyə polis polkovnik-leytenantı Samir Məcidov təyin olunub.

Buna qədər S.Məcidov DİN İstintaq və Təhqiqat İdarəsində baş müstəntiq vəzifəsində çalışıb.

0