Belçikada itkin düşən azərbaycanlı müəllimin meyiti tapıldı

ÖLKƏ
22:07 / 15.01.2021
1007

Bir müddət əvvəl Belçikada itkin düşən və polis tərəfindən axtarılan Azərbaycan vətəndaşının meyiti tapılıb.

HİT.Az "Report"a istinadən xəbər verir ki, Mexelen şəhərində yaşayan Vüqar Rza adlı Azərbaycan vətəndaşı ilə bağlı bir həftə öncə yerli polis tərəfindən axtarış elan olunub.

Bu gün səhər saatlarında isə soydaşımızın meyiti tapılıb.

Mexelen Şəhər Polis İdarəsindən verilən məlumata görə, Azərbaycan vətəndaşı ilə bağlı yerli Cinayət Məcəlləsinin ölüm həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb. 
Faktla bağlı istintaq davam edir.

1