Beyləqanda Heydər Əliyev Parkının ərazisinin xeyli hissəsi qanunsuz satılıb? (VİDEO)

ÖLKƏ
16:21 / 16.01.2021
684

Bir qrup Beyləqan sakini İctimai Televiziyaya müraciət edərək rayondakı Heydər Əliyev parkının bir hissəsinin qanunsuz olaraq satıldığını bildiriblər.

Qaynarinfo xəbər verir ki, sakinlərin sözlərinə görə, parkdakı sosial obyektlərdən başqa daha bir hektara yaxın ərazi qeyri-yaşayış obyektinin tikilməsi üçün qanunsuz olaraq sahibkarlara verilib.

Sakinlər ərazidə tikilən obyektlərin sökülməsini tələb edib.

İTV-nin Beyləqandan hazırladığı reportajı təqdim edirik.

0