Paşinyanın oğlu Moskvaya qaçdı - VİDEO

ÖLKƏ
16:43 / 16.01.2021
1946

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı və qızlarından başqa, oğlu Aşot Paşinyanın da gizlincə Moskvaya getdiyi barədə məlumat yayılıb.

Unikal.org xəbər verir ki, bu barədə “Mediaport” “Telegram” kanalında video paylaşılıb.

Moskvadakı “Ararat Hayat” hotelinin həyətindən videonu kanala göndərən şəxs bildirib ki, dünən gecə yarısından sonra Anna Akopyana xidmət edən avtomobillə Aşot Paşinyan da hotelə gətirilib.

Qeyd edilir ki, təxminən bir həftə əvvəl Nikol Paşinyanın həyat yoldaşının, uşaqlarının Rusiya vətəndaşlığını almaq üçün Moskvaya getdiyi bildirilib. Paşinyanların Moskvanın elit bölgələrindən birində villa alacağı məlum olub.

Erməni mənbə yazır ki, Ermənistanın taleyi ilə məşğul olmaq əvəzinə, Nikol Paşinyan öz ailəsinin gələcəyi və rifahı ilə maraqlanır.

0