Azərbaycanda son sutkada "korona"ya yoluxanların sayı

ÖLKƏ
18:35 / 18.01.2021
946

Azərbaycanda son sutka ərzində koronavirusa 118 yeni yoluxma faktı qeydə alınıb, 503 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan HiT.Az-a verilən məlumata görə, 13 nəfər COVİD-19 xəstəsi vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 227 391 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 215 771 nəfər müalicə olunaraq sağalıb, 3 022 nəfər vəfat edib, aktiv xəstə sayı 8598 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 399, ötən müddət ərzində isə ümumilikdə 2 321 592 test aparılıb.

0