Daxili Qoşunların şəhid olan hərbçilərinin sayı açıqlandı

ÖLKƏ
18:48 / 18.01.2021
1146

Vətənimizin ərazi bütövlüyü uğrunda aparılan Vətən müharibəsində Daxili İşlər Nazirliyiu200b Daxili Qoşunlarının yüzlərlə hərbi qulluqçusu da iştirak edərək cəsarət və igidlik nümunələri göstərib.

HİT.Az xəbər verir ki, bunu daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov DİN-in kollegiya iclasında deyib.

Nazir qeyd edib ki, onlardan 65 nəfəri şəhid olub: "Döyüşlərdə Daxili Qoşunların yüzlərlə hərbi qulluqçusu da iştirak edərək cəsarət və igidlik nümunələri göstərib. Onlardan 65 nəfəri şəhid olub, 347 nəfəri yaralanıb".

0