Ötən il Azərbaycanda 254 kriminal qrup zərərsizləşdirilib - NAZİR

ÖLKƏ
19:20 / 18.01.2021
619

2020-ci ildə Azərbaycanda həyata keçirilən operativ tədbirlər nəticəsində 254 kriminal qrup zərərsizləşdirilib.

HİT.Az-ın məlumatına görə, bunu daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov DİN-in kollegiya iclasında deyib.

Nazir bildirib ki, odlu silah saxlayan və daşıyan 161 şəxs cinayət məsuliyyətinə cəlb olunub. 

"Qanunsuz dövriyyədən 1 ton 873 kq narkotik vasitə çıxarılıb, yabanı halda yetişən 153 tondan çox narkotik xassəli bitki aşkarlanaraq məhv edilib", - deyə V.Eyvazov əlavə edib.

0