Nazir polkovnik-leytenantı vəzifəsindən azad etdi

ÖLKƏ
11:02 / 19.01.2021
3537

Daxili İşlər Nazirliyi (DİN) Abşeron Rayon Mühafizə İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Oqtay Dilavarov işdən azad edilib.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, O.Dilavarov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.

0