Cəbrayıl və Xocavənddə daha 8 erməni hərbçinin cəsədi TAPILDI

11:53 / 19.01.2021
766

Qarabağda erməni hərbçilərin cəsədləri tapılmaqda davam edir.

Modern.az xəbər verir ki, ötən gün axtarışlar zamanı daha 8 erməni hərbçisinin cəsədi tapılıb. Onlardan 2-si Xocavəndin Qoçbəyli kəndində, 5-i isə Cəbrayıl rayonu ərazisində aşkar olunub.

Bu gün axtarışlar Cəbrayıl, Hadrut, Füzuli və Zəngilan rayonları ərazisində davam etdiriləcək.

Müharibə bitdikdən sonra aparılan axtarış nəticəsində 1246 erməni cəsədi tapılıb.

0