"Rusiya 20 Yanvar şəhidlərinin ailələrinə təzminat ödəməlidir. Əks halda bu qətliam Rusiyanın tarixində qara ləkə olaraq qalacaq".
HİT.Az xəbər verir ki, bu sözləri Əssassız Erməni İddiaları ilə Mübarizə Cəmiyyətinin sədri Göksel Gülbey deyib. O, Bakıda 20 yanvar 1990-cı il tarixində "Qara Yanvar" günü kimi tarixə düşən və rus tanklarının altında qalaraq həyatını itirən 170 azərbaycanlının ağrısını unutmadıqlarını bildirib. Göksel bu qətliamın səbəbkarlarını lənətlə qınadıqlarını söyləyib.
"Bu gün 20 yanvar hadisələrinin 23-cü ildönümünü yad edirik. Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Rusiya törətdiyi bu qətliama görə Azər aycan xalqından üzr istəməlidir".
Camal