Bölgələrdə də COVID-19 əleyhinə vaksinasiyaya başlanılıb

ÖLKƏ
21:10 / 19.01.2021
651

Azərbaycanın bütün şəhər və rayonlarında koronavirus infeksiyasına (COVID-19) qarşı vaksinasiyaya başlanılıb.

HİT.Az-ın məlumatına görə, vaksinasiya xüsusi ayrılmış peyvənd otaqlarında həkim nəzarəti altında həyata keçirilir.

Peyvəndlərin aparılması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb. Qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda COVID-19 əleyhinə vaksinasiyaya başlanılıb. Vaksinasiyanın ikinci mərhələsinə fevralın 1-də start veriləcək.

Vaksinasiyada Çinin “Sinovac” şirkətinin hazırladığı “CoronaVac” vaksinindən istifadə olunur.

0