Ötən il evlənən və boşananların sayı açıqlandı

ÖLKƏ
10:10 / 21.01.2021
788

2020-ci ilin 11 ayında Azərbaycanda qeydə alınan nikah və boşanma hallarının sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən HİT.Az-a bildirilib ki, Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən ötən ilin yanvar-noyabr aylarında 32 437 nikah və 13 439 boşanma halları qeydə alınıb.

Əhalinin hər 1 000 nəfərinə nikahların sayı 3,5, boşanmaların sayı isə 1,5 olub.

0