20 Yanvar günü fişəng atan şəxs saxlanıldı

ÖLKƏ
10:56 / 21.01.2021
723

Yanvarın 20-də gecə saat 23 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində naməlum şəxs havaya fişəng atıb.

DİN-dən HİT.Az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən qəsəbə sakini, spirtli içki aludəçisi olan Ə.Məmmədov müəyyən edilərək saxlanılıb.

Onun hərəkətinə hüquqi qiymət verilməsi üçün barəsində toplanan materiallar məhkəməyə göndərilib.

  

 

 

 

 

 

0