Bakıda bu yollarda sürət həddi endirildi - FOTO

ÖLKƏ
11:05 / 21.01.2021
975

Qarlı hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh yolunun Əmircan döngəsindən Bakı Olimpiya Stadionunadək olan hissəsində sürət həddi 40 km/saat, qalan hissələrdə, eləcə də, Zığ-Hava limanı yolunda 20 km/saat həddində endirilib.

Bu barədə HİT.Az-a Bakı Nəqliyyat Agentliyindən məlumat daxil olub.

Bildirilib ki, səhər saatlarından bütün müntəzəm marşrut xətləri üzrə avtobuslar qrafikə uyğun olaraq xətlərə çıxarılıb:

“Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində sərnişinlərin və avtobusların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə müvafiq tədbirlər görülüb. Səhər saatlarından mərkəzin giriş və çıxış hissələri, pilləkənlər qardan təmizlənib.

Bir daha hərəkət iştirakçılarından ehtiyatlı olmalarını, sürücülərdən sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almalarını xahiş edirik. Eyni zamanda, piyadalara yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik”.

0