Dövriyyəyə 500 manatlıq əskinaslar buraxılıb? - RƏSMİ AÇIQLAMA

ÖLKƏ
11:00 / 22.01.2021
1209

Sosial şəbəkələrdə Azərbaycan Mərkəzi Bankı (AMB)  tərəfindən dövriyyəyə 500 manatlıq əskinasların buraxıldığına dair məlumatlar yayılıb. İstifadəçilər hətta əskinasın fotosunu da ictimailəşdiriblər.

Məsələ ilə bağlı AMB-nin mətbuat xidmətinin rəhbəri Namiq Əliyev Modern.az-ın sorğusuna cavab olaraq, faktı təsdiqləməyib:

“AMB tərəfindən dövriyyəyə 500 manatlıq əskinaslar buraxılmayıb və buraxılması da gündəmdə  deyil”.

N.Əliyevin sözlərinə görə, 2021-ci ilin əvvəlindən tədavülə dizaynı və mühafizə sistemləri mövcud konsepsiya çərçivəsində yenilənmiş 1, 5 və 50 manatlıqların buraxılması elan edilib.

0