Avtomobillərə pərdə, jalüz və plyonka çəkilməsi ilə bağlı YENİLİK

ÖLKƏ
11:56 / 22.01.2021
687

Sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydasının müəyyənləşdirilməsi dəyişdirilir.

Oxu.Az-ın məlumatına əsasən, bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişiklik təklif edilir.

Dəyişikliklərdə sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydasının Nazirlər Kabineti tərəfindən müəyyən olunması təklif edilir.

Layihə Milli Məclisdə müzakirəyə çıxarılacaq.

0