Təhsil haqları ilə bağlı vəziyyət: Nazir aydınlıq gətirdi

ÖLKƏ
12:57 / 22.01.2021
672

Azərbaycanda təxminən 182 min tələbə təhsil alır. Onlardan 167 min tələbə bakalavr, 15 mini magist təhsili alır.

Axar.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib. Onu sözlərinə görə, 11500 tələbə ölkə rəhbərliyinin xüsusi sərəncamı ilə sosial yardım göstərilib, təhsil haqqından azad ediliblər:

"Bu gün orta statistikaya görə, 100 tələbədən 56-ı dövlət hesabına təhsil alır. Eyni zamanda, son illərdə dövlət sifarişi əsaslarla təhsil almağa 92 faiz tələbə layiq görülüb. 2020-ci ildə 22681 tələbə dövlət sifarişli təhsil alıb. Koronavirus pandemiyası səbəbilə güzəşt olunan tələbələri nəzərə aldıqda, 60 faiz birinci kurs tələbəsi dövlət hesabına təhsil alır.

Doğrudur, bir qisim tələbə təhsil haqlarını ödəmək baxımından çətinlik çəkib".

Nazir qeyd edib ki, bəzi hallarda təhsil haqqının dövlət hesabından ödənilməsi barəsində fikirlər səslənir: "Dövlət sosial meyar, ehtiyac üzərindən və tələbənin bacarıqları üzərindən dövlət əsaslı təhsil təklif edir. Əgər, tədris dövlət hesabına aparılarsa, bu zaman rəqabət prinsipi pozulur.

Eyni zamanda, təhsil haqları Azərbaycanda vergi güzəştləri əsasında aşağı məbləğdədir. Azərbaycanda bakalavr səviyyəsi üzrə təhsil haqları orta hesabla 2500 manatdır"

0