Azərbaycanda şənbə günü yanvarın 23-də koronavirus infeksiyasına 162 yeni yoluxma faktı qeydə alınıb, 705 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan HİT.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 pasiyent ölüb.
İndiyədək ölkədə ümumilikdə 228 688 nəfərin koronavirus infeksiyasına yoluxması faktı rəsmən təsdiqini tapıb, onlardan 219 724 nəfər müalicə olunaraq tam sağalıb, 3 072 nəfər dünyasını dəyişib, aktiv xəstə sayı 5 892 nəfər təşkil erir.
Son sutka ərzində təhlükəli virusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi məqsədi ilə 6 522, bütövlükdə pandemiya ərzində isə 2 354 473 test aparılıb.