Naxçıvanda yenidən zəlzələ oldu

ÖLKƏ
18:33 / 23.01.2021
1020

Bu gün yerli vaxtla saat 17:22-də Şahbuz stansiyasından 10 km şimal-qərbdə Naxçıvan MR Şahbuz rayonunda zəlzələ qeydə alınıb.

HİT.Az-ın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların maqnitudası episentrdə 4, yaxın yaşayış məntəqələrində 3 təşkil edib.  
 
Xatırladaq ki, yanvarın 21-də saat 23:23-də Şahbuz stansiyasından 11 km şimal-qərbdə Şahbuz rayonunda zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası episentrdə 4, yaxın yaşayış məntəqələrində 3 təşkil edib.

1