Lənkəranda itkin düşmüş 2007-ci il təvəllüdlü Burxan Cəfərov yaşadığı Zövlə kəndinin girəcəyində yolun kənarındakı yarımtikilidə tapılıb.
APA-nın məlumatına görə, qorxduğu üçün səsini çıxarmayan yeniyetmənin axtarışları bir neçə saat davam edib.
Onun üzərində hər hansı bir zorakılıq əlamətləri olmayıb, sağlamlığına dair ciddi təhlükə yoxdur.
+++23:16+++23/01/21
Yanvarın 23-ü saat 17:00 radələrində Lənkəran şəhərinin Zövlə kəndi ərazisində naməlum şəraitdə itkin düşmüş 2007-ci il təvəllüdlü Burxan Nəriman oğlu Cəfərovun axtarışlarının aparılması üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə müraciət daxil olub.
FHN-nin mətbuat xidmətindən HİT.Az-a verilən məlumata görə, müraciətlə əlaqədar nazirliyin müvafiq strukturları və digər aidiyyəti qurumlar məlumatlandırılıb.
Qeyd olinub ki, FHN Cənub Regional Mərkəzinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Kiçik Həcmli Gəmilərə Nəzarət, eləcə də Sularda Xilasetmə Dövlət Xidmətinin xilasetmə briqadaları B.Cəfərovun axtarışına cəlb olunub.
Hazırda axtarışlar Burxan Cəfərovun itkin düşdüyü ehtimal olunan ərazidən keçən Ulumçay çayının sahil zolağında, çayətrafı ərazidə və ora yaxın yerlərdə aparılır.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.