Xəbər verdiyimiz kimi, ötən gün Türkiyəyə məxsus "M/V Mozart" yük gəmisi Nigeriya yaxınlığında dəniz quldurları tərəfindən hücuma məruz qalıb.
Hücum zamanı gəminin ikinci mühəndisi, azərbaycanlı Fərman İsmayılov qətlə yetirilib.
Azərbaycan-Türkiyə XİN başçıları arasında baş tutan telefon danışığı zamanı İsmayılovun nəşinin Vətənə gətiriləcəyi bildirilib.
İlkin məlumata görə proses sabah baş tutacaq.
Publika.az-a istinadən Fərman İsmayılovun fotosunu təqdim edirik: