Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılıb.
HİT.Az-ın verdiyi xəbərə görə, hakim Faiq Əmirəliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında qərar elan edilib.
Qərara əsasən, təqdimat təmin edilib və Cəlil Nəzərov barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, C.Nəzərov yanvarın 22-də Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi qzrə ittiham irəli sürülüb.