Azərbaycanda şəhər və rayonlara gediş-gəliş bərpa olunub

05:30 / 25.01.2021
727

Yanvarın 25-dən Azərbaycanda koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə şəhərlərarası və rayonlararası hərəkətlə bağlı (5 şəhər və 12 rayon) tətbiq edilən məhdudiyyətlər qaldırılıb.

HİT.Az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 5 şəhər və 12 rayona giriş-çıxışla bağlı tətbiq edilmiş məhdudiyyətlər aradan götürülüb.

Qərara əsasən, bu gün saat 00:00-dan Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayonlarına grdiş-gəliş bərpa olunub.

0